VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Gündəlik olaraq istifadə etdiyiniz telefonunuzun ekranı bir müddət sonra cızılır. Mobil telefonunuzu cızıqlardan qorumaq üçün sizə unikal variant təqdim edirik. 
 
Telefonunuzu kiçik cızıqlardan qorumaq üçün su və soda işinizə yarayacaq:

1. Bir çay qaşığı su ilə iki çay qaşığı soda qarışdırın.

2. Əldə etdiyiniz qarışımın bir qismini telefonun ekranına sürtün (qarışığın telefonunuzun içinə və ya düymələrin arasına girməməsinə diqqət edin) və təmiz bir bezlə telefonu dairəvi hərəkətlərlə silin.

3. Daha sonra azca nəmləndirilmiş bir bezlə ekranı təmizləyin. Son olaraq quru bezin köməyiylə ekranı parıldadın.

Səthi cızıqları bu üsulla aradan qaldırmaq mümkündür. Ancaq daha böyük cızıqlar üçün profesional köməyə müraciət edin. Digər bir təcrübəyə əsasən, telefonun ekranını diş pastasıyla silmək də var. Ancaq diş macunundakı kiçik və sərt hissəciklər ekranı daha da cıza bilər. Bunun üçün tərkibində kiçik hissəciklər olmayan diş pastasından istifadə etməyiniz tövsiyyə olunur. 
 
BAKU.WS