SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Con Kerri ilə zarafatlaşıb. 

BAKU.WS Rusiya mətbuatına istinadən məlumat verir ki, görüş zamanı Putin dövlət katibinə təyyarədən enərkən çamadanını daşımaqda ona heç kimin kömək etməməsinə görə narahat olduğunu bildirib. Dövlət başçısı zarafatla çamadanda Rusiya ilə bağlı məsələlərin həlli üçün pul olduğunu fikirləşdiyini deyib. 

Putin bildirib ki, Kerrini gördüyünə şaddır. Kerri isə öz növbəsində Putinlə təkbətək görüş zamanı portfelin içindəkini ona göstərəcəyini söyləyib:
 
"Düşünürəm ki, bu sizin üçün xoş bir sürpriz olacaq”.
 
BAKU.WS