VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən "Qağayı” Gənclər Düşərgəsində dəhşətli faciə hadisə baş verib.

BAKU.WS, azxeber.com-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda adıçəkilən ərazidə söküntü işləri aparılan zaman iri boru orada olan şəxslərdən birinin üzərinə düşüb.Həmin şəxs hadisə yerindəcə keçinib. Onun Dövlət Əmlak Komitəsinin əməkdaşı olduğu iddia edilir.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən bildirilib ki, hadisə yeni baş verib:

"Hadisə barədə polis bölməsinə bu dəqiqələrdə məlumat daxil olub. Operativ qrup dərhal hadisə yerinə göndərilib”.