SİZİN REKLAM BURADA!
055 213 76 73



Avtobus sürücülərindən biri kobud qayda pozuntusuna yol verib. O, həm sürət həddini aşıb, həm də qoşa xəttin tələbini pozub.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər ötən gün səhər saatlarında Masazır-Novxanı yolunun duz gölü yaxınlığından keçən hissəsində qeydə alınıb. Görüntülərdən aydın olur ki, qaydaların pozulduğu avtobus 535 saylı xəttə məxsusdur.

Məsələ ilə bağlı avtobusun aid olduğu daşıyıcı şirkətlə əlaqə saxladıq. Şirkətin əməkdaşı bildirdi ki, artıq həmin sürücünün kimliyi müəyyən edilib və barəsində qərar verilib.

Dövlət Avtomobil Nəqliyyatı xidmətinin sözçüsü Nuridə Allahyarova ''Xəzər Xəbər''ə bildirdi ki, görüntülər onlara təqdim edildikdən sonra daşıyıcı şirkətin nümayəndəsi quruma çağırılıb və şirkət qarşısında avtobus sürücüsü barədə tədbir görülməsinə dair tələb qoyulub.

BAKU.WS