SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımının ərazisində yerləşən posta müraciət edən Cəbrayıl rayon sakini Ədalət Nəbiyev oğlunun itdiyini bildirib.

Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşı, polis kapitanı Süleyman Əliyev məlumat verib.

Vətəndaş qeyd edib ki, 15 yaşlı, əqli qüsurlu olan övladı Sərvər yaşadıqları Cəbrayıl qəsəbəsindən çıxıb və naməlum istiqamətə gedib. Sonradan ona deyiblər ki, oğlunu "Qazel" markalı avtomobilə minərək Bakı istiqamətində gedərkən görüblər.

YPX əməkdaşları dərhal operativ qrup yaradıb və xüsusi texniki vasitələrin köməyi ilə avtomobili aşkar ediblər. Saxlanılan avtomobildən oğlan tapılıb və atasına təhvil verilib. Ədalət Nəbiyev yol polislərinə təşəkkürünü bildirib. Onların sayəsində övladına qovuşduğu üçün minnətdarıq edib.

BAKU.WS