SİZİN REKLAM BURADA!
055 213 76 73



"Youtube"da "Arif Cesur TV" kanalında növbəti sosial eskperiment yayımlanıb.


BAKU.WS-in məlumatına görə, eksperiment keçirən gənclərdən biri şəhər sakinlərinə yaxınlaşaraq, xaricdə yaşayan qardaşının göndərdiyi 100 AZN pulu küçədəki "bomj"a verdiyi anda onun şəklini çəkməsini xahiş edir. O, onlara bunu qardaşını inanmaq üçün etdiyini bildirir. 

Şəkli çəkdirəndən sonra pulu "bomj"dan aldığı vaxt isə əskinas cırılır və gənc ona 20 qəpik pul verir.

Bunu görən şəhər sakinləri ona əsəbiləşir və mübahisə düşür. Sonda onların hər birinə bunun bir sosial eksperiment olduğu deyilir.

BAKU.WS