SİZİN REKLAM BURADA!
055 213 76 73



Avtobus sürücüsü Bakı-Ələt-Astara yolunda yüksək sürətlə hərəkət edib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, çəkilən kadrdan görünür ki, avtobusa sözün əsl mənasında çatmaq mümkün deyil.

Elə təsəvvür yaranır ki, avtobus sürücüsü sanki magistral yolda yox, yarış meydançasındadır.

Görüntülərdən aydın olur ki, avtobus sürücüsü sərnişinlərin həyatını riskə atmaqdan çəkinmir. Avtobus azı saatda 150 km/sürətlə hərəkət edir. Üstəlik, manevrlər də edir.

Məsələyə münasibət bildirən yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, bu videoda birmənalı olaraq yol hərəkəti haqqında qanunvericiliyin tələbləri pozulub. Üstəlik, bu tələbi təkcə avtobus sürücüsü deyil, elə videonu çəkən şəxs də pozub.

Ekspert deyir ki, avtobusların magistral yolda icazə verilən sürəti maksimum 90km/saatdır. Burada isə sürücü bu qanunun tələbini kobudcasına pozub.

Ekspert təklif edir ki, avtobuslara taxoqraflar quraşdırılsın. Taxoqraflar sürücülərin bütün hərəkətlərini izləməyə imkan verir. Həmçinin sənişin avtobuslarına sürətə nəzarət edən xüsusi cihazlar da quraşdırıla bilər. Həmin cihazlar isə sürət həddinin aşılmasının qarşısını alır.

BAKU.WS