SİZİN REKLAM BURADA!
055 213 76 73



Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına gələn Fərqanə adlı qadın Xəzər TV-nin qapısının ağzında polislər tərəfindən saxlanılıb.

BAKU.WS
  xəbər verir ki, aparıcının bu gün təqdim etdiyi görüntülərdə onun avtomobilə mindirilərək aparıldığını görürük.

Sözügedən qadın ailə münaqişəsi zəminində yanan 2 yaşlı Anjela Ələkbərovanın bibisidir və o, bu mövzu ilə bağlı efirə dəvət olunmuşdu.

Hidayətqızının sözlərinə görə, Fərqanə 188.3 maddəsi ilə ittiham olunur. 

Qeyd edək ki, Fərqanə Cinayət Məcəlləsinin 188.3 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ilə ittiham olunur və üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Zülfiyyə Qurbanova
BAKU.WS


2 yaşlı Anjelanı anası yandırıb? - Bibi DƏHŞƏTLİ FAKTI açıqladı - VİDEO
Əsəbləri zəif olanlar baxmasın! - Gəncədə 2 yaşlı uşağa qarşı VƏHŞİLİK - VİDEO