VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir çoxumuz boş vaxtlarımızda kafelərə, çayxanalara üz tuturuq. Dostlarımızla dərdləşmək üçün, çay içmək üçün. Bəs çay içdiyimiz bu stəkanlar necə yuyulur? Ümumiyyətlə bu tip obyektlərdə sanitar gigiyenik normalara necə əməl olunmalıdı?

ARB TV-nin “Günə doğru” proqramının əməkdaşları mövzu ilə bağlı reportaj hazırlayıb.

Fəsildən asılı olmayaraq çox insanın üz tutduğu məkanların başında çayxanalar, kafelər durur. Həm paytaxtda, həm də bölgələrdə belə məkanlar demək olar ki, heç vaxt müştəri sarıdan korluq çəkmir. Amma bəzi çayxanalar təmizlik baxımından korluq çəkdikləri ilk baxışdan hiss olunur. Natəmiz stəkanlar, sınıq-sökük çayniklər, illərdir dəyişilməyən köhnə masalar. Xidmət sektorunda standartların yüksəlməsi, müştəri məmnuniyyəti və gigyenik normalar sanki bu cür məkanlara tanış deyil.

Sakin: “Çirkabdır”.

Sakin: “Ucuz yerlərdə natəmizlik var. Adətən bahalı yerlər daha təmizdir”.

Sakin: “Gigiyena olmalıdır. Bu önəmlidir”.

Bu tip məkanlarda stəkan və nəlbəkilərin gur su altında yuyulması üçün böyük vannalar olmalıdır. İstifadə edilən stəkan və nəlbəkilər yuyucu vasitə ilə qarışdırılmış suda saxlanılmalı, ilıq su ilə yuyulduqdan sonra təkrar istifadə edilə bilər.

Elmar Göyüşov – çayçı: “Çay dəsgahını aparırıq, müştəri qalxıb gedəndən sonra gətirib yuycu vasitə ilə yuyub suya çəkib yerinə yığırıq.

Şamil Hacıyev – Kafe Administratoru: “Məsuliyyətli işdir. İşi bilə n üçün çətin deyil. Sadəcə təmizliyə diqqət etmək lazımdır”.

Düzgün şəkildə yuyulmayan bu cür vasitələrdən isə insanlar saysız hesabsız virus yoluxa bilər.

Ehtibar Kərimov – Həkim: “Yuxarı tənəffüs yollarının infeksiyası, göbələk və ağızdan yoluxan hepatit A xəstəliyinə yoluxa bilərlər”.

Çox zaman vətəndaşların özünün də bu cür hallara laqeyd yanaşması problemin həllinə maneə törədən amillərdəndir.

Ehtibar Kərimov – Həkim: “İnsanlar özləri də çay içdikləri çayxanalarda əgər görürlər ki, natəmizlik var çəkinməsinlər sadəcə demək lazımdır ki, bu stəkanları yuyuyn, arada xlorlayın ki, insanlar kütləvi sürətdə infeksiya yoluxmasınlar”.

Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, əhalinin sağlamlığının qorunması məsələsi onların da nəzarətindədir və mütəmadi olaraq bununla bağlı monitoriqnlər keçirilir. Vətəndaşların antisanitar hallarla rastlaşdıqda agentliyin “1003” qaynar xəttinə müraciət edə bilərlər.

BAKU.WS