VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Mağazada çörək yeşiklərə yığılıb. Pişik də fürsətdən istifadə edir və çörəklərin üstündə oturub.


BAKU.WS xəbər verir ki, görüntü Azərbaycana mağazaların birində çəkilib. Video sosila şəbəkələrədə yayılıb və böyük müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, bu barədə məlumatları var. Lakin həmin obyektin dəqiq ünvanı olmadığına görə, hələlik bu istiqamətdə araşdırma aparılır.

"Adıçəkilən videonun hansı tarixdə, harda çəkildiyi, hansı müəssisə olduğu barədə heç bir məlumat yoxdur. Lakin video Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mediadan götürülərək araşdırılması üçün Agentliyin müvafiq şöbələrinə yönləndirilib.

Artıq bununla bağlı araşdırmalara başlanılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər", - deyə qurumdan bildirilib.

Ziya SƏCCAD
BAKU.WS