SİZİN REKLAM BURADA!
055 213 76 73



Fondun kirayəyə verdiyi mənzillər iki yolla əldə edilə bilər - ya fond bu mənzilləri satın alacaq, ya da həmin mənzillər hansısa kredit müqaviləsi üçün girov qoyulan və kreditin ödənilməməsinə görə fondun mülkiyyətinə keçənlər olacaq.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə,Fond mənzilləri ya öz kapitalı hesabına, ya da istiqraz buraxaraq həmin istiqrazların pulu ilə də ala biləcək. Kirayəyə verilən mənzilin bazar qiymətini isə müstəqil qiymətləndirici müəyyən edəcək.

Qaydalara görə, kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanacaq və notarius tərəfindən təsdiqlənəcək. Evlərin kimlərə kirayəyə veriləcəyini, yəni kirayəçilərə dair tələbləri fond özü müəyyən edəcək.

Qaydalarda nəzərdə tutulub ki, kirayəçi evin alış qiymətini vaxtından əvvəl ödəsə, Fond ona güzəşt tətbiq edə bilər. Bu yenilik çərçivəsində kirayəyə verilən mənzillər 2013-cü ildən sonra inşa edilən binalardakı mənzillər olacaq. Mənzillər tam təmirli, eləcə də elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır. Qaydalarda ən vacib məqam kirayəçinin kirayəhaqqını sonadək tam ödədikdə, müddətin sonunda mənzil kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlıdır. Ramil Osmanlı bildirir ki, bu qaydanın tətbiq edilməsində məqsəd vətəndaşların, xüsusilə də aztəminatlı vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.

BAKU.WS