SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəkinin Cəfərabad kənd sakini Xəyal Qurbanəliyev nümunəvi addımı ilə gündəmə gəlib.


BAKU.WS-in DTV-nin "Bu gün" proqramına istinadən məlumatına görə, Şəkinin Cəfərabad kənd sakini Xəyal Qurbanəliyev keçən il noyabrın 24-də işlədiyi mərkəzi bazarın yaxınlığındakı ərzaq mağazasında malları səliqəyə salarkən orada düyüncəyə bükülmüş xeyli miqdarda pul tapıb.

Pulun hansı müştəri tərəfindən unudularaq qaldığını və pulun gəlib aparacağını zənn edərək bir aya yaxın axtarış etsə də, hələ də pul sahibi gəlib çıxmayıb. Müştərinin pul itirdiyi yeri bilmədiyini zənn edən Xəyal Qurbanəliyev hamıya nümunə olacaq addım atıb. O, televiziyaya müraciət edərək pulun sahibinin tapılmasında köməklik etməyə xahiş edib.

Nəvəsinin təhsil haqqısı üçün uzun müddət yığdığı 520 manatın doğrudan da harada itdiyini bilməyən Şəki rayonu Dəhnə kənd sakini Arzu Valehova bu pulu itirdiyi üçün çıxılmaz vəziyyətə düşdüyünü qeyd edib və xeyirxah əməlinə görə X. Qurbanəliyevə təşəkkürünü sevinc göz yaşları ilə bildirib.

Xəyal Qurbanəliyevin hamıya nümunə ola biləcək bu hərəkəti bütün həmkarlarının alqışlarına, yarmarkada ümumxalq sevincinə səbəb olub.

Hüseyn Məmmədsalahov
BAKU.WS