VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Toy karvanında olanlar yolu kəsərək rəqs edirlər.

Qayda pozuntusu Samuxun Qarayeri qəsəbəsində törədilib. Video da vətəndaşlardan biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib.

Bildirilir ki, ötən gün toy karvanı hərəkətdə olarkən qəfildən yolun ortasında dayanıb. Sonra isə avtomobillərdə olan kişilər enərək oynamağa başlayıblar.

Onların bu hərəkəti nəqliyyat vasitələrinin hərəkətinə mane olub və yolda tıxac yaranması ilə nəticələnib.

Ekspertlərin sözlərinə görə yolun əks istiqamətinə çıxaraq hərəkətə mane olan sürücüləri 60 manat və 3 bal cərimə gözləyir. Əgər nəqliyyat vasitələri yalnız gediş istiqamətini tutaraq hərəkətə maneçilik törədirsə, yaxuda da tək hərəkət zolağı olan yolda qaydanı pozan sürücülər üçün 40 manat cərimə nəzərdətutulub.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisiRüfət Quliyev "Xəzər Xəbər"ə bildirildi ki, görüntülərə baxılaraqətraflı araşdırma aparılacaq.Bundan sonra məsələyə hüquqi qiymət veriləcək.

BAKU.WS