SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda "Şəhidlər Xiyabanı"nda xoşagəlməz hadisə yaşanıb. 

BAKU.WS xəbər verir ki, sosial şəbəkədə yayılan videoda yeniyetmə gənc məşəl qarşısında görüntülənib. O, məşəlin divarına çıxaraq əylənib və bu hərəkətlərini kameraya çəkib. 

Dostları ilə əylənmək üçün "Şəhidlər Xiyabanı"nı seçən gənc torpaq, vətən uğrunda canından keçən şəhidlərimizə hörmətsizlik edir. 

Nəzərə alsaq ki, Bakı müasir şəhərdir və gənclərin istirahəti üçün kifayət qədər əyləncə məkanları var. Ancaq bu gənclər hər il bütün Azərbaycanın 20 Yanvar hadisələrini yad etmək üçün axın etdiyi, göz yaşı tökdüyü, müqəddəs saydığımız xiyabanı əyləncə məkanı ilə səhv salıb. 

Müstəqillik uğrunda canından keçən şəhidlər bugünkü gəncliyi qorumaq, Azərbaycanın gələcəyini xilas etmək etmək üçün əliyalın tanka-tüfəngə sipər olub. Çox təəssüf ki, bu gün bəzi gənclərimiz 20 Yanvardakı şanlı tariximizdən xəbərsiz şəhidlərin ruhuna hörmətsizlik edir. 

Abbas
BAKU.WS