SİZİN REKLAM BURADA!
055 213 76 73



Jurnalist Mirismayıl Xələflinin 7-ci sinif şagirdi ilə evlənməsini etiraf etməsi qalmaqala səbəb olub.

BAKU.WS xəbər verir ki, sözügedən nüans “Space” kanalında yayımlanan “El bizim, sirr bizim” verilişində məlum olub.

Jurnalist çıxışında bunları qeyd edib:  

"Öz həyat təcrübəmdən bilirəm. Mən özüm ali təhsilliyəm. Özüm 7-ci sinif şagirdi ilə nişanlanmışam. Onu məktəbdən çıxarmışam. Mən bunu ona görə etmişəm ki, sabah yoldaşım mənə "yorulmuşam, yemək bişirmək istəmirəm deməsin". Mən öz yoldaşıma dərs demişəm".

M. Xələflinin bu fikirləri həm verilişin qonaqları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. 

Belə ki, Xələfli efirdə digər qonaqlar tərəfindən pedofil adlandırılıb.
 
BAKU.WS