VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın vəkili Ruben Sahakyan jurnalistə Azərbaycan dilində cavab verib. 

BAKU.WS xəbər verir ki, Ruben Sahakyan "Koçaryan nə zaman həbs ediləcək" sualına azərbaycanca "bilmirəm" deyə cavab verib.

Vəkili bu cavabı Ermənistanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən gün yenidən həbs olunub.

BAKU.WS