» » Xəyanət edənləri nə gözləyir? – VİDEO


05-12-2018 | 12:44

  • 2 984

Xəyanət edənləri nə gözləyir? – VİDEO


Dədə-babadan belə eşitmişik "Kişilər xəyanət edər, amma qadınlar - əsla!" Milli mentalitetə sığınan cəmiyyətimizdə bu ifadə az qala sloqana çevrilib. Qəribəsi odur ki, müasir dövrdə bu fikir artıq öz qüvvəsini itirməyə başlayıb. İndi kişilər qədər olmasa da, qadınlar da həyat yoldaşlarına xəyanət edirlər.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Cavid İmamoğlu - Sosioloq: “Bir kəs xəyanət edirsə, deməli öz dəyərlərinə, öz şəxsiyyətinə qarşı edir bunu. Xəyanətin cəzasını nə kişi nə qadın özbaşına verməməlidir və insanı ümumiyyətlə təhqir etmək, şərəf və ləyaqətini alçaltmaq kimi işlər görmək qətiyyən yolverilməzdir. Hər bir kişi, hər bir qadın bu məsələdə ehtiyatlı olmalıdır və bunu ictimailəşdirməməlidirlər bu formada. Çünki bu başqa kişi və qadınlıar üçün pis bir modeldir”.

Bu pis model əksər xəyanət hallarında tətbiq olunur. Xəyanət daha böyük cinayətlərə yol açır. Amma əslində bunun cəzası nə olmalıdır?

Sakin: “Hüquqi qanunlarımız, normativlərimiz var. Yola getmirlər, xəyanət edib “razvod” ver, day durub öldürmək”.

Sakin: “Əgər sən onu seçmisənsə xəyanət edirsənsə, sən alçalırsan. O özünə cəza edib ki o istədiyi insana xəyanət edib”.

Sakin: “Baxır insanın psixologiyasına. Əgər xəyanət varsa da bu halda hüquq-mühafizə orqanları var, dövlətin qanunları var”.

Əgər bir münasibətdə xəyanət varsa deməli həmin munasibətdə boşluq var. Amma ekspertlər səbəbindən asılı olmayaraq belə halların ictimailəşdirilməsini düzgün hesab etmir, qanun çərçivəsində həll olmasının vacibliyini vurğulayırlar.

Mehriban Zeynalova – Ekspert: “İnsanın intim həyatı yaxud onun şəxsi həyatı ilə bağlıdır, onu ictimailəşdirirlər. Müəyyən normalar olmalıdır, müəyyən etik qaydalar olmalıdır. Cinayəti varsa cinayət məsuliyyətəninin cəlbinə çalışmaq lazımdır. Amma təhqir etmək və onu aşağılamaq, onu nüfuzdan salmaq hamımızın əleyhinə çevrilən bir münasibətdir”.

Aida Nəbiyeva – Psixoloq: “Bu günkü gün biz əsəbləşdikdə, gərginləşdikdə ancaq qarşı tərəfi necə cəzalandıra bilərik bu haqda düşünürük. Hirs, həyacan, gərginlik nifrət heç bir zaman heç bir şeyin həlli deyil. Yenə də itirən ailə olur, yenə də itirən uşaq olur, cəmiyyət olur. Səbəb nə olursa olsun cəza üsulunu sivil yolla seçməliyik”.

Xəyanətin cəzasını özbaşına vermək istəyənin öz cəzası isə daha ağır olur. Qanunla şərəf və ləyaqətin təhqir olunması, fiziki təzyiq göstərmək məsuliyyət yaradır.

Tağı Hüseynov – Hüquqşünas: “Cinayət Məcəlləsinin 148-ci maddəsi var, təhqirlə bağlı, onun da cəzası maksimum 6 aya qədər azadlıqdan məhrum olunmadır. Düzdür 300 manatdan 1000-manatadək cəriməsi də var, bundan əlavə 240 saatdan 380 saatədək ictimai işləri də, 1 ilədək islah işləri də var. Həmin qadın istəsə gələcəkdə mülki qaydada ona dəymiş ziyanın ödənilməısi ilə bağlı məhəkəmədə pul tələbi ilə bağlı iddia da qaldıra bilər”.

Deyirlər xəyanətin cinsi olmaz. Bu, birbaşa şəxsiyyətlə bağlı olan məsələdir. Xəyanət edən də ilk növbədə öz şəxsiyyətini alçaltmış olur ki, bu da əslində ona ən ağır cəzadır.

BAKU.WS

Top XəbərlərЛучшее на сайте
Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) Əsas Xəbər / Kriminal Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO Hadisə SON DƏQİQƏ - Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu SON DƏQİQƏ - Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu Kriminal 2019-cu ildə sizi nələr gözləyir? – Bürc və illərə görə proqnozlar 2019-cu ildə sizi nələr gözləyir? – Bürc və illərə görə proqnozlar Həyat tərzi Əsgərlikdə olan Heydər Əliyev babasının məzarını ziyarət etdi – VİDEO Əsgərlikdə olan Heydər Əliyev babasının məzarını ziyarət etdi – VİDEO Əsas Xəbər / Video / Siyasət Nazpəri-Elza qalmaqalı böyüdü: “Bilirəm, səni hansı məmur saxlayır” - VİDEO Nazpəri-Elza qalmaqalı böyüdü: “Bilirəm, səni hansı məmur saxlayır” - VİDEO Şou-biznes / Video Azərbaycanlı qız təhqir olunduğu üçün bu VİDEOsunu sildi - açıq-saçıq kadrlar Azərbaycanlı qız təhqir olunduğu üçün bu VİDEOsunu sildi - açıq-saçıq kadrlar Şou-biznes / Video Aktrisa Sevinc Əliyeva: Aktrisa Sevinc Əliyeva: "O, məni ağlamaq situasiyasına çatdırıb" (VİDEO) Şou-biznes / Video “Buta Palace”-ın art direktorunun 5-ci mərtəbədən atdığı arvadının TƏSİRLİ EŞQ ETİRAFI - VİDEO “Buta Palace”-ın art direktorunun 5-ci mərtəbədən atdığı arvadının TƏSİRLİ EŞQ ETİRAFI - VİDEO Hadisə / Video Bakıya gələn ər-arvadın aeroportdan Bakıya gələn ər-arvadın aeroportdan "iPhone" keçirmək üçün ağlagəlməz əməli - VİDEO Hadisə SON DƏQİQƏ! Bakının SON DƏQİQƏ! Bakının "Moskva" univermağında yanğın (VİDEO) Əsas Xəbər / Hadisə / Video Azərbaycanda ŞOK – Qardaşının arvadına sataşan şəxsi soyundurub alçaltdılar – VİDEO Azərbaycanda ŞOK – Qardaşının arvadına sataşan şəxsi soyundurub alçaltdılar – VİDEO Əsas Xəbər / Hadisə / Video “Rossiya 24” kanalının müxbiri İlham Əliyevi təəccübləndirdi (VİDEO) “Rossiya 24” kanalının müxbiri İlham Əliyevi təəccübləndirdi (VİDEO) Əsas Xəbər / Video / Siyasət Şagirdi ilə ailə quran jurnalist Əlibəylini ÖZÜNDƏN ÇIXARDI: Şagirdi ilə ailə quran jurnalist Əlibəylini ÖZÜNDƏN ÇIXARDI: "Bu tipi kim gətirib bura?!" (VİDEO) Şou-biznes / Video Azərbaycanda iyrənc hadisə - Ata 9 yaşlı qızını zorladı Azərbaycanda iyrənc hadisə - Ata 9 yaşlı qızını zorladı Hadisə Şeyx Həmzətin adamları Kadırovu təhqir edən şəxsi belə cəzalandırırlar - VİDEO Şeyx Həmzətin adamları Kadırovu təhqir edən şəxsi belə cəzalandırırlar - VİDEO Dünya / Video Prezident onlara “Xalq artisti” adı verdi - SİYAHI Prezident onlara “Xalq artisti” adı verdi - SİYAHI Siyasət İmanov “Bu şəhərdə”ni tənqid etdi - “İti satiraları yoxdur” (VİDEO) İmanov “Bu şəhərdə”ni tənqid etdi - “İti satiraları yoxdur” (VİDEO) Şou-biznes / Video Azərbaycanda bağça müəlliminin inanılmaz videosu yayıldı - VİDEO Azərbaycanda bağça müəlliminin inanılmaz videosu yayıldı - VİDEO Hadisə / Video Marsda ilk dəfə küləyin səsini eşidin – FOTO, VİDEO Marsda ilk dəfə küləyin səsini eşidin – FOTO, VİDEO Əsas Xəbər / Həyat tərzi / Video
Son əlavəПоследние публикации
Məşhur cütlük boşanır? - FOTOLAR
13 dekabr 2018

Məşhur cütlük boşanır? - FOTOLAR

92 Şou-biznes
Xələf Xələfova yeni vəzifə verildi
13 dekabr 2018

Xələf Xələfova yeni vəzifə verildi

928 Əsas Xəbər / Siyasət
Temur Abazov azadlığa buraxıldı - FOTO
13 dekabr 2018

Temur Abazov azadlığa buraxıldı - FOTO

253 Dünya
Prezident Xələf Xələfovu işdən çıxardı
13 dekabr 2018

Prezident Xələf Xələfovu işdən çıxardı

3 253 Siyasət
13 dekabr 2018

"Prezident olmaq istəmirdim" - Putin

223 Dünya