VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Günün pik saatlarında Bakı-Sumqayıt yolunda 2-3 km uzunluğunda sıxlıq və tıxac müşahidə olunur. Səhər saatlarında şəhər istiqamətində, gecə saatlarında isə şəhərdən çıxış ərazilərində bu cür mənzərə yaşanır.

ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

İctimai nəqliyyatın, eləcə də yanğın söndürmə və təcili tibbi yardım maşınları üçün ən arzuolunmaz yol sayılan Bakı-Sumqayıt şossesinin mövcud vəziyyətdən çıxış yolları axtarılır. Təkliflər gerçəkləşərsə, həmin yolla hərəkət edən ictimai nəqliyyat, operativ nəqliyyat vasitələri daha rahat şəkildə hərəkət etmiş olar.

Elməddin Muradlı - Ekspert: “Sağ zolağı xüsusi xəttlə ayırmaq olar, buna imkan da var. Belə olan halda avtobuslar normal işləyər, operativ nəqliyyat vasitələri də ora ilə gedib gələ bilər”.

Sürücü: “Avtobus üçün zolaq açılmalıdır”.

Problemin digər tərəfi də yolda butulka efektinin yaranmasıdır. Şəhərdən çıxış zamanı ekoloji nəzarət postunda, şəhərə daxil olarkən isə beynəlxaq avtovağzalın qarşısında yol birdən-birə bir neçə zolaq daralır. Nəticəsi isə göz qabağındadır .

Elməddin Muradlı - Ekspert: “Yol polisi, Bakı nəqliyyat agentliyi, eləcə də AAYDA birgə bu yolla bağlı komissiya təşkil etməklə, çıxış yollarını müzakirə edə bilər, zolaq salınarsa, yol boyu müşahidə kameraları ilə nəzarət həyata keçirilə bilər”.

Ekspertlər təklif edir ki, mövcud problemin aradan qaldırılması ilə paytxatın əksər ərazilərində müşahidə olunan sıxlıq da aradan qalxmış olar. Bu yolda yaşanan tıxaclar Bakının onlarla küçə və prospektində nəqliyyatın instesiv hərəkətinə ciddi təsir edir.

BAKU.WS