SİZİN REKLAM BURADA!
055 213 76 73



Son günlər ən çox müzakirə olunan mövzulardan biri xəyanətdir.


Belə ki, həyat yoldaşının ona xəyanət etdiyini iddia edən azərbaycanlı kişi xanımının başını keçəl qırxaraq onu alçaldıb, daha sonra videosunu sosial şəbəkələrdə yayıb.


Məlum hadisə ölkə gündəmində geniş rezonans doğurub.


Ərinə xəyanət etdiyi deyilən qadının şiddətə məruz qalması qınaq obyektinə çevrilsə də, bunun əksini düşünənlər də az deyil.


BAKU.WS xəbər verir ki, “azvision.az” mövzunun aktuallığını nəzərə alaraq paytaxt sakinləri arasında videosorğu keçirib.


"Həyat yoldaşınız sizə xəyanət etsə, nə edərsiniz" sualına respondentlərin cavabları müxtəlif olub. Qadınlardan fərqli olaraq, kişilər xəyanəti qətiyyən bağışlamaq niyyətində olmadıqlarını söyləyiblər.


BAKU.WS