SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ Dövlət Departamentinin Fətullah Gülənin ABŞ-dan ekstradisiyasının yollarını araşdırdığı haqda mlumat yayılıb.


BAKU.WS xəbər verir ki, bu barədə NBC telekanalına hökümətdəki mənbələr bildirib.


Yayılan xəbərə görə, ABŞ prezidenti Donald Tramp Gülənin ekstradisiyası ilə bağlı məsələnin araşdırılmasına göstəriş verib. Bundan sonra Amerika hökumətinin rəsmiləri Türkiyə rəsmilərilə danışıqlara başlayıb.


Bu məlumat yayılandan sonra Dövlət Departamenti məsələyə aydınlıq gətirib.


Verilən açıqlamaya görə, hazırda Fətullah Gülənin ABŞ-dan ekstradisiyası ilə əlaqədar Türkiyə ilə heç bir danışıq aparılmır.


Sadəcə bu barədə Türkiyənin Amerika hökumətinə etdiyi müraciət araşdırılır.


Ziya SƏCCAD
BAKU.WS