SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə yaşlı kişi bir neçə kəlmə deməklə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.


BAKU.WS xəbər verir ki, Türkiyə mətbuatına və sosial şəbəkələrdə videosu yayılan yaşlı kişinin dindar olduğu aydın görünür. Yaşlı adam Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk barədə dediyi sözlər onu məşhurlaşdırıb.


“Mustafa Kamal Atatürk o zaman “mən sizə ölmənizi əmr edirəm, geri çəkilməyinizi yox” deməsəydi, biz indi necə dəstəmaz alaraq, namaz qılacaqdıq?”, - deyə yaşlı kişi bildirib.


O, bu cümlə ilə bəzi insanların Atatürkü dinsiz adlandırmasına da mesaj vermiş olub. Onun sözləri qısa zaman ərzində böyük rəğbətlə qarşılanıb.


BAKU.WS həmin görüntüləri təqdim edir:


Ziya SƏCCAD
BAKU.WS