VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xüsusi Təyinatlı Qüvvələrin maraqlı videosu yayımlanıb. 

BAKU.WS xəbər verir ki, xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib.

Hərbçilərimiz çətin sınaqları məharətlə dəf edərək şərti düşmənə qarşı döyüşür. Həm dənizdə, həm də çətin coğrafi dağ relyefində sınaqlardan keçən xüsusi təyinatlılarımız düşmənə bir növ göz dağı verib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələr 30 aprel 1999-cu ildə yaranıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət tələb edir. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olumaq elə də, asan başa gəlmir.

Bəzi məlumatlara görə bura gələn 500 nəfərdən kurs sonrası yalnız 30 nəfəri "Qırmızı beret"in sertifikatın ala bilir. Bu kurslarda kursantlar xüsusi əməliyyat keçirmək üçün ekstrimal şəraitlərə öyrədilir, hətta onlar günlərlə ac və susuz qalırlar. Onlara müxtəlif heyvanların ətini (qurbağa, ilan) yeməyi öyrədirlər.

Müxtəlif silahların istifadə qaydasını, bombaların hazırlanmasını, hər hansı ağrıya dözüməyi və s. öyrədirlər. Bu qurumun qulluqçuları əsasən zabit və gizir rütbəsi altında fəaliyyət göstərirlər. Bu hərbi qurumun bütün əməliyyat və tədbirləri müəyyən xüsusi xidmət orqanları tərəfindən gizli olaraq saxlanılır.

BAKU.WS