SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib.

Aparılan müşahidələr zamanı məlum olub ki, dayanma- durma qaydalarını pozan sürücülər həm nəqliyyatın intensiv hərəkətinə mane olur, həm də tıxac yaradırlar.

Odur ki, Bakı Nəqliyyat Agentliyi hərəkətə keçib.

Sürücülər əvvəlcə maarifləndiriləcəklər, sonra isə cərimə olunacaqlar.

Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydaları ilə bağlı maarifləndirici tədbirlərə başlayıb. Görüləcək işlər çərçivəsində qaydaları pozan bir neçə sürücü ilə yerindəcə söhbətlər aparılacaq, onların dayanma-durma qaydalarına mütləq şəkildə əməl etməkləri tövsiyə olunacaq. Qurumdan bildirilib ki, bu cür tədbirlərin əsas məqsədi tövsiyə və maarifləndirici xarakter daşıyır.

Agentliyin şöbə müdiri Mayis Ağayev deyib ki, bu işlərdə ictimaiyyətin də dəstəyi önəmlidir. Bildirib ki, maarifləndirmə zamanı ictimai qınağın da mühüm rolu var. Qurumdan hesab edirlər ki, bu məsələdə ictimai qınağın formalaşması ciddi dönüş yarada bilər. Bunun ardından isə inzibati tədbirlərin sərtlədirilməsi daha effektiv ola bilər.

BAKU.WS