SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəhərdə və şəhərtipli qəsəbələrdə, çoxmərtəbəli binaların yaxınlığında iri və xırdabuynuzlu heyvanların səllim buraxılması qadağandır. Çünki şəhər mərkəzində iri və xırda buynuzlu heyvan, yəni, inək, camış, qoyun və s. saxlamaq, insanlar və ətraf mühit üçün təhlükəlidir. Eyni zamanda, belə heyvanların şəhərdə gəzməsi və ya həyətlərə buraxılması, estetik baxımdan da uyğun deyil. Amma təəssüflər olsun ki, bu gün, düz şəhərin mərkəzində mal-qara saxlayan vətəndaşlar var.

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.

Ramiz Əhmədov (sakin): “Şəhərdə olmaz. Çünki bura mərkəzdir. Kəndlərdə olar”.

Mal-qaranın şəhərlərdə yalnız qapalı şəraitdə saxlanılmasına icazə verilsə də, bəzi sakinlər onları küçə və prospektlərə buraxmaqdan çəkinmirlər. Bu da nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, həm şəhərin estetik görüntüsünə xələl gətirir, həm də antisanitar şərait yaradır. Şəki Şəhər İcra Hakimiyyəti də həmin mal-qaranın şəhər təsərrüfatına vurduğu ziyanı nəzərə alaraq xüsusi komissiya yaradıb.

Rasim Həsənov (İƏD üzrə nümayəndə): “Şəhər ərazisində mal-qara saxlayan hər bir vətəndaşa xüsusi blanklar paylanılıb. İnsanlar öz tələbatlarını ödəmək üçün bir-iki baş heyvan saxlaya bilər. Amma kiməsə mane olmadan”.

Əslində heyvanların saxlanması qaydaları qanunla tənzimlənir və nəzarət həyata keçirilir.

Mahir Məsimov (baş inspektor): “Ev heyvanı saxlayan və ya ona baxan şəxs ona baxmalıdır. Onun nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbir görməlidir. Tədbir görməsə, 200 azn cərimələnəcək”.

Təkcə Şəkidə bu ilin 6 ayı ərzində mal-qarasına sahib çıxmayan 10 vətəndaşa protokol tərtib edilib.

BAKU.WS