SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın bəzi bölgələrində yayılan "quş qripi" virusu Azərbaycanda Dövlət Baytarlıq Nəzarəti Xidmətini hərəkətə keçirib.

Xidmətdən bildirilib ki, aşkarlanan virus təhlükəsinə görə, Rusiyanın bəzi vilayətlərindən həm quş ətinin, həm də yumurtanın idxalı dayandırılıb.

Xidmət sözçüsü Yolcu Xanvəli Rusiya vilayətlərində yayılan "quş qripi" virusu təhlükəsinə qarşı Azərbaycanda bütün lazımi tədbirlərin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, ölkəmizdə quş qripinə görə epizootik vəziyyət sabitdir.

Qeyd edək ki, bir müddət əvvəl də Moskva və Moskvaətrafı vilayətlərdə "quş qripi" virusu aşkarlanmışdı. O zaman da Baytarlıq Xidməti həmin bölgələrdən quş və quş əti məhsullarının idxalına qadağa qoymuşdu.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS