SİZİN REKLAM BURADA!
055 213 76 73



May ayının 1-dən etibarən hər bir sürücüyə günəş şüalarının qarşısını almaq üçün avtomobillərinə sənaye istesalı olan pərdələr quraşdırmağa icazə verildi.

ARB 24 xəbər verir ki, qaydalara görə ön şüşənin işıqburaxma qabiliyyəti 75%, qabaq yan şüşələr 70%, arxa yan şüşələrdə isə 65% olmalıdır.

Lakin sürücülərin əksəriyyəti standartlara məhəl qoymur, sənaye istehsalı olmayan pərdələrdən istifadə edirlər. Bu zaman isə görmə səviyyəsi maksimum dərəcədə aşağı enir və qəza halları qaçılmaz olur. Belə sürücüləri aşkarlamaq üçün yol polisləri mütəmadi olaraq hərəkətə nəzarət edirlər.

Cərimə olunsalar da onların böyük əksəriyyətini polis əməkdaşları öz fikrindən daşındıra bilmir. Görünür sükan sahiblərini qaydalardan daha çox avtomobillərinin görünüşü maraqlandırır.

Sürücü: “Tələsirəm. Tələsik olanda qaydalar istər-istəməz adamın yadından çıxır”.

Qaydanını pozan sürücü: “Bu qanun gözəl şeydir. A kişi orda nə var onu yaz. Radaradımı filan hamısını yaz”.

Min bir bəhanə ilə özünə haqq qazandırmağa çalışan sükan sahibləri qaydaların sırf təhlükəsizlik üçün nəzərdə tutulduğunu ya unudur, ya da görməzdən gəlirlər. Hüququ olmadan sükan arxasına əyləşənlər isə lap ağ edirlər.

Qaydanını pozan sürücü: “Sürücülük vəsiqəm yoxdur, alacam. Mənim başqa vəsiqəm var. Mən “dvijenianı” bilirəm. Allah hamınıza ömür versin. İnşallah ki, alacam pravanı”.

Bütün hallarda, hər bir sürücü öz məsuliyyətini dərk edərək sükanın arxasına keçsə yaxşıdır. Çünki, "uzaq başı cərimələnərəm" düşüncəsi eyni anda bir neçə can ala, insan ömrünü, arzularını yarı yolda qoya bilir.

BAKU.WS