SİZİN REKLAM BURADA!
055 213 76 73



İstanbulda inşa olunan sayca üçüncü Yeni Hava Limanı (İstanbul New Airport-İGA) üzrə tikinti işləri 85% yekunlaşıb.

BAKU.WS xəbər verir ki, İGA-nın cari ilin 29 sentyabr tarixində - Türkiyə Cümhuriyyətinin yaranmasının 95 illik yubileyi münasibəti ilə istifadəyə verilməsi planlaşdırılır.

İstanbulda beynəlxalq uçuşları öz üzərinə götürəcək bu hava limanının ilk terminalı il ərzində 90 milyon sərnişinə xidmət etmək imkanına malik olacaq. Eyni zamanda, buradan daxili və xarici yük daşımaları bir neçə dəfə artacaq. Sərnişinlər İstanbula hava limanı ilə şəhəri birləşdirən yeni metro xətti və sürət qatarı ilə rahat şəkildə daşınacaqlar.

Dünyanın ən böyük hava limanı fəaliyyətə başladıqda 225 min insan işlə təmin olunacaq. 350 şəhərə uçuşların planlaşdırıldığı havalimanının inşasına 10,2 milyard dollar investisiya qoyulub. Bu hava limanından 25 il ərzində 22,2 milyard dollar gəlir götürülməsi planlaşdırılır. 

Abbas
BAKU.WS