SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən həftənin cümə günü Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində bağçaların və məktəblərin önündən veriliş tamaşaçılara təqdim olunub.

Verilişdə bağçanın önündən sürətlə hərəkət edən avtomobillərin görüntüsü tamaşaçılara təqdim edilib. 60 km/s sürəti olan yolda ağır tonnajlı avtomobillər az qala 100 km/s ilə hərəkət edirlər. Valideynlər bu yolda tez-tez qəzaların baş verdiyini qeyd edərək, bağça uşaqlarının da bu qəzaların qurbanı olduğunu vurğulayıb.

Piyada keçidinin ən üst hissədən asılması və xəbərdarlıq nişanlarının olmamasıda diqqətə çatdırlıb. Aparıcı Amil Xəlil digər oxşar yerlərə baş çəkib təhlükədən xəbər verib. "Tranplin"ə ehtiyacın olduğu xüsusilə qeyd edilib. Daha sonra ekspert Ərşad Hüseynov da məsələdə aparıcı ilə həm fikir olduğunu qeyd edərək, müafiq qrumların bu cür yerlərə diqqətinin vacib olduğunu nəql edib. Bakının təhlükəli yollarından hazırlanan verilişi sizə təqdim edirik.

Teleaparıcı Amil Xəlil instagram səhifəsində paylaşım edərək məsələnin artıq yavaş-yavaş həll edildiyini qeyd edib: "Dostlar. "Olar? Olmaz!" verilişinin daha bir uğru (19-cu uğur). Veriliş yayımlanandan sonra həmin keçidlər yenilənib, yol nişanları əlavə edilib hətta öncədən sürəti endirmək üçün müvafiq nişanlar yerləşdirilib. Valideynlərin tək arzusu qaldı, o da ki, süni maneədir. İnanırıq ki, yaxın gələcəkdə bu cür yerlərdə süni maneləər əlavə ediləcək".

BAKU.WS