SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda DYP avtomobilinin qayda pozuntusu kameraya tuş gəlib.

BAKU.WS-in məlumatına görə, Nərimanov rayonu ərazisində 99-YP-454 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən DYP müfəttişi "yol ver" nişanının tələbini pozaraq yolayrıcına daxil olur.

Həmçinin dönmə işığını yandırmadığı üçün iki qayda pozuntusuna eyni vaxtda yol verir.

Yol Hərəkəti haqqında A.R.Qanunun 1-ci maddə, 41-ci bəndi:

yolvermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamamasl, manevr etməməsidir.

Daha sonra kadrlardan göründüyü kimi DYP maşını 1-ci hərəkət zolağından 2-ci hərəkət zolağına keçdikdə nəqliyyat vasitəsinə yol vermir, həmçinin dönmə işığını yandırmır.

Baş Dövlət Yol Polis İdarəsi araşdırma aparacaq

Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Kamran Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, sözügedən video ilə bağlı araşdırma aparılacaq:

"Araşdırmanın nəticəsində DYP avtomobilinin həqiqətən yol hərəkət qaydalarını pozduğu müəyyənləşdirilərsə, bu zaman inzibati qaydada həmin polis əməkdaşı cəzalandırılacaq. 

VİDEO: Kenan Davudzade/youtube

BAKU.WS