VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dəyişiklərə və islahatlara hər zaman ehtiyac var".

APA TV-nin məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, bundan sonra da zərurət yaranacağı təqdirdə, nazirlik və onun tabeliyindəki qurumlarda lazımi islahatlar aparılacaq: "Azərbaycan Respublikasında uzun illərdir ki, islahatlar aparılır. Bu islahatların nəticələri bir çox mötəbər təşkilatların hesabatlarında öz əksini tapıb. Sözsüz ki, bütün bu islahatlara ölkə başçısı İlham Əliyev rəhbərlik edir. Bu gün dünyada bir çox sahələrdə, o cümlədən energetika sahəsində də çağırışlar var. Bu çağırışların öhdəsindən gəlmək və dinamik dəyişən dünya ilə ayaqlaşmaqdan ötrü hər zaman dəyişikliklərə və islahatlara ehtiyac var. Bizim də qarşımızda konkret hədəflər durub. Bu yolda dəyişikliklərə, islahatlara ehtiyac olduqda, sözsüz ki, onlar həyata keçiriləcək".

BAKU.WS