SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Son iki gündə davam edən döyüşlərdə şəhid olan Zakir Nazim oğlu Cəfərov dəfn edilib.
 
BAKU.WS-in məlumatına görə, şəhidin dəfn mərasimində çox sayda insan iştirak edib. Şəhidimizin tabutu yaxınlarının çiynində son mənzilə yola salınıb. 
 
Cənazəyə gələnlər "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirib. 
 
Qeyd edək ki, Zakir Cəfərov fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Şəhid olmuş digər hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğludur. 
 
Şahin Həbibov
BAKU.WS