SİZİN REKLAM BURADA!
055 213 76 73



İranda şəriət qanunlarına əsasən qadının ayaqlarından ağacla döyülməsinin görüntüləri yayılıb.
 
BAKU.WS xəbər verir ki, video sosial şəbəkədə qınaq obyektinə çevrilib. Belə ki, qadın sevgilisi olduğu üçün cəzalandırılıb. Qadını ayaqlarından bağlayaraq, çubuqla zərbələr endiriblər. Qadın nə qədər fəryad etsə də əhəmiyyət verən olmayıb.
 
Qeyd edək ki, İranda əhali şəriət qaydalarına riayət etməyə məcburdur. Xüsusilə, qadınlar ictimai yerlərdə qapalı geyinməyə, kişilər öz davranışlarına fikir verməyə borcludur. 
 
Aynur Ələkbərova
BAKU.WS