SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov pensiyalar haqda danışıb.

Nazir bildirib ki, pensiyaların sığorta hissəsinin artırılması üçün lazım olan məbləğ var. Prezidentin göstərişi olan kimi bu məsələni yerinə yetirmək mümkündür.

S.Müslümov pensiyaların verilməsinin gecikməsinə də münasibət bildirib. Nazir bunu ilin əvvəlində bir neçə gün iş gününün olmaması ilə əlaqələndirib.

"Artıq yanvarın 13-ü bütün pullar Bakı şəhərinin rayonları üzrə pensiyaçıların hesablarına köçürülüb”.
 
BAKU.WS