SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda qaz kəmərində partlayış baş verməsi nəticəsində xəsarət alan olmayıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilib ki, hadisə qaz kəmərinin Bakı-Ələt yolunun 43-cü kilometrliyində, dağlıq ərazidən keçən hissəsində qeydə alınıb. Əraziyə FHN-in 5 yanğınsöndürən texnikası cəlb edilib.

Məlumata görə, əvvəlcə partlayış müşahidə edilib, daha sonra yanğın olub.

"Hadisə yaşayış məntəqələrinə yaxın ərazidə qeydə alınmadığından, xəsarət alan və ya təxliyyə olunan olmayıb", - FHN-dən bildirilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
BAKU.WS