SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Türkiyənin "Qalatasaray" klubu kolumbiyalı ulduz Radamel Falkaonu almaq istəyir.
 
BAKU.WS-in məlumatına görə, hazırda icarə əsasında "Çelsi" forması geyən 30 yaşındakı kolumbiyalı futbolçu da İstanbul təmsilçisinə gəlmək fikrinə müsbət cavab verib.
 
"Səhv komandada oynayıram. "Qalatasaray"ın təklifi məni xoşbəxt etdi. Ölmədiyimi göstərmək üçün yaxşı bir fürsət ola bilər" deyən Falkao "Qalatarasay"a yaşıl işıq yandırıb.
 
"Monako" ilə müqaviləsi 2018-ci ildə qədər olmasına baxmayaraq futbolçu fransız klubla davam etmək istəmir. Fransız klubu Falkaonun xərcindən qurtulmaq üçün transferə müsbət baxır. 

Bu mövsüm "Çelsi"də yalnız 1 matça ilk 11-də çıxıb. 11 matçda 357 dəqiqə forma geyən futbolçu cəmi 1 qol vurub. 
 
BAKU.WS