SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rus tennisçisi Mariya Şarapova dopinq qabul etdiyini etiraf edib. 
 
BAKU.WS-in məlumatına görə, dopinq testi bu ilin əvvəlində "Australian Open" yarışı zamanı götürülüb. Testin müsbət çıxmasından sonra Şarapova Los-Ancelesdə mətbuat konfransı keçirərək qaranlıq məqamlara aydınlıq gətirib. 

İdmançı bildirib ki, bir həftə öncə Beynəlxalq Tennis Federasiyasından məktubu alıb: "Məktubda deyilirdi ki, dopinq-testi müsbət çıxıb. Test zamanı qadağan edilmiş meldoniy maddəsi aşkar edilib. Mən böyük səhv etdim. Mən buna görə bütün məsuliyyəti öz üzərimə götürürəm", — deyə Şarapova deyib.

Tennisçi qeyd etdi ki, bu cür karyerasını bitirmək arzusunda olmayıb: "Mən həqiqətən ümid edirəm ki, daha bir şans əldə edəcəyəm. 10 ildir ki, meldoniy maddəsini qəbul edirdim. Ancaq 1 yanvardan bu maddə qadağan edildi. 22 dekabrda mənə bu barədə rəsmi məlumat gəldi. Ancaq mən məsuliyyətsizlik etdim və bu preparatdan istifadəyə davam etdim. Hər kəsdən üzr istəyirəm", - deyə rus tennisçi söyləyib.
 
BAKU.WS