VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçiriləcək.

BAKU.WS-in məlumatına görə, günün mərkəzi qarşılaşması İtaliya paytaxtında "Roma” ilə "Real Madrid” arasında oynanılacaq. Hər iki komanda yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxacaq. Zinəddin Zidan "kral klubu” ilə Çempionlar Liqasında baş məşqçi kimi debüt edəcək. 

Komandalar arasında Çempionlar Liqasının son səkkiz matçının üçündə qalib gələn "Roma”, birində heç-heçə etməklə qalan dördündə isə Madrid klubuna uduzub.

Paralel oyunda turnirin debütantı olan Belçikanın "Gent” komandası Almaniyanın "Volfsburq” klubunu qəbul edəcək. Almaniya təmsilçisinin ən yaxşı futbolçularından sayılan Naldo ilk oyunu cəza üzündən buraxmalı olacaq. Bununla yanaşı, əsas qolkiper Dieqo Benalyo zədə üzündən meydana çıxmayacaq.
 
BAKU.WS