SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Xorvatiya Futbol Ittifaqı xorvat azarkeşlərin səfər matçlarında iştirakını təşkil etməkdən imtina edib. 


BAKU.WS-in məlumatına görə, xorvat azarkeşlər Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda, sentyabrın 6-da Norveç və oktyabrın 13-də Maltada keçiriləcək matçlarda iştirak etməyəcəklər. 


Qeyd edək ki, bu qərar UEFA-nın tələbinə görə verilib. Belə ki, UEFA Split şəhərində keçirilən İtaliya ilə matçda xorvat azarkeşlərin irqçi şüarlarına görə Xorvatiya Futbol İttifaqını son dəfə xəbərdar etmişdi. Bir də bu cür hallara yol verilərsə Xorvatiya yığması ümumiyyətlə Avropa çempionatından kənarlaşdırıla bilər. 


Xorvatiya yığması Avropa çempionatının seçmə mərhələsində yer aldığı qrupda İtaliya kollektivini bir xal qabaqlayaraq liderlik edir. Yığmamız isə 4 xalla qrup beşincisidir. 


Azad Əliyev

BAKU.WS