VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçilərindən "Qarabağ" dünən pley-off mərhələsinin ilk matçında "Yanq Boys"la qarşılaşıb.
 
BAKU.WS-in məlumatına görə, İsveçrədə baş tutan qarşılaşmaya təmsilçimiz ənənəvi üzrə qara formada çıxıb. Matça daha yaxşı başlayan "Qarabağ" ilk dəqiqələrdən təşəbbüsü ələ alıb. Oyunun birinci hissəsi qarşılıqlı hücumlarla yadda qalıb. 
 
Oyunda yeganə qol isə ikinci hissədə vurulub. Riçard Almeyda 67-ci dəqiqədə qələbəni təmin edən qolu rəqib qapısından keçirib. Uzaq məsafədən vurulan zərbə ilə top tora daxil olub və çox baxımlı qol olub. 
 
Qeyd edək ki, "Qarabağ" - "Yanq Boys" matçının cavab görüşü avqustun 27-də saat 21:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
 
ŞAHİN Həbibov
BAKU.WS