SİZİN REKLAM BURADA!
055 213 76 73


Topaz Premyer Liqasında XXV tura yekun vurulub.

Turun son günündə iki qarşılaşma baş tutub.

Öncə diqqətlər Qəbələ şəhər stadionuna yönəlib. Bürünc mükafat uğrunda mübarizə aparan “Qəbələ” “Zirə”ni qəbul edib. Hər hissədə bir qol vuran meydan sahibləri qarşılaşmadan üç xalla ayrılıblar. Qonaqlar bu toplardan yalnız birinin əvəzini çıxa biliblər.

Tura paytaxt derbisi ilə yekun vurulub. Ölkənin ən titullu klubu “Neftçi” debütant “Sabah”ın qonağı olub. Çempionluq mübarizəsi aparan “ağ-qaralar” yalnız rəqib azlıqda qaldıqdan sonra meydan sahiblərinin müqavimətini qırıb.

Qeyd edək ki, turun ilk günündə “Səbail” “Sumqayıt”ı 2:1, “Qarabağ” “Keşlə”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Topaz Premyer Liqası
XXV tur
19 aprel (cümə)

“Sabah” – “Neftçi” – 0:2
Qollar: Namiq Ələsgərov, 59, 62
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Əlincə Arena”, 18:30


“Qəbələ” – “Zirə” – 2:1
Qollar: Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 16:00
BAKU.WS