VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


4 qat Dünya çempionu, Kikboks üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi Anar Süleymanov həbs edilib.

BAKU.WS-in məlumatına görə, dünya çempionu fevralın 13-də Nərimanov rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə təsqirli bilinərək barəsində 20 gün müddətində həbs növündə tənbeh qərarı çıxarılıb.  

Məlumata görə, Anar Süleymanov həyat yoldaşını döydüyü üçün onun şikayəti əsasında həbs olunub. Cütlük 2018-ci ilin avqust ayında ailə qursalar da, aralarında tez-tez münaqişələr baş verib. Nəticədə çempion həyat yoldaşına bir neçə dəfə əl qaldırıb.

Xatırladaq ki, Anar Süleymanov 2015-ci ildə yarılardan birinə üzərində kürd bayrağı olan paltarla döyüşə çıxdığöı üçün gündəmə gəlmişdi. 

BAKU.WS
Zülfüqar