SİZİN REKLAM BURADA!
055 213 76 73



Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

BAKU.WS AFFA-nın saytına istinadən xəbər verir ki, bu posta xorvatyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub.

Yaxın günlərdə 53 yaşlı məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

Qeyd edək ki, Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin "Dinamo" (Zaqreb) komandasında başlayıb. O, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib. N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub.

BAKU.WS