» » Rafael Ağayev: "Kimsə bunun xal olduğunu desə, karateni bu dəqiqə ataram"


30-01-2019 | 15:23

  • 875

Rafael Ağayev: "Kimsə bunun xal olduğunu desə, karateni bu dəqiqə ataram"


Karate üzrə beşqat dünya və 11 dəfə Avropa çempionu olmuş Rafael Ağayev oxu.az saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edir:

- Fransanın paytaxtı Parisdə keçirilən karatenin yeni mövsümünün ilk turnirində gümüş medal qazandınız. Həmin görüşdə çənənizdən ciddi zədə aldınız...

- Bu, pakistanlı idmançı ilə ilk görüşümün bitməsinə yaxın oldu. Onda 4:2 qalib gəlirdim.

- Bundan sonra çənənizə tikiş qoyuldu?

- Bəli. Yarışı elə davam etdirdim. Tikişi isə bu görüşdən sonra qoydurdum.

- Deyəsən, yarımfinalda da zədə almısınız...

- Yarımfinalda İran idmançı ilə qarşılaşanda bu oldu. O məni 2016-cı ilki dünya çempionatının finalında da əzmişdi. O bilir ki, belə olanda əsəbləşirəm. Bilə-bilə belə edir. Açığı, mən də buna diqqət yetirməməyə çalışıram. O elə fikirləşir ki, zəif yerimdən vurub gözümün odunu alır. Əksinə, belə etdikcə, mən daha da yaxşı çıxış edirəm...

Bu idmançı ilə cəmi iki dəfə qarşılaşmışam. Ümumiyyətlə, mənim çəkimdə iki güclü iranlı döyüşür. Biri bu, Əli Əsgər Asyabaridirsə, digəri sonuncu dünya çempionu Bəhmən Əsgəridir. Hər ikisi ilə də iki dəfə görüşmüşəm. Maraqlıdır ki, keçən il də bu turnirin 1/4 finalında başqa yaponiyalını, 1/2 finalda Bəhməni udub finalda Ken Nishimura ilə qarşılaşmışdım. Bu dəfə də demək olar ki, elə oldu.

Mənə görə bu turnir bəlkə də dünya çempionatı ilə eyni səviyyədədir. Bunu tək mən demirəm. Hətta dünya çempionatına Hindistandan bir idmançı gələ bilirsə, bura qatıla bilmir. Amma bura bir çəkiyə beş dənə yapon gəlir. Heç biri də Nishimuradan zəif deyil. Beş-altı nəfərlə gəlirlər ki, Olimpiadaya lisenziya ala bilməyək.

- Bəs Yaponiyanın paytaxtı Tokioda keçirilən Premyer Liqa Parisdəki qədər çətin olmur?

- O da çətindir. Amma Paris Premyer Liqası illərdir ki, belə çətin keçir. Vaxt olub ki, Azərbaycandan bu yarışda heç bir dövrə keçən olmayıb.

- Bəlkə də bu ilin ilk yarışı olduğundan, hamı bütün gücünü bura qoyur?

- Həm də ona görə, həm də indi karate Olimpiya idman növü olduğundan, hamı bu yarışa ciddi yanaşır və lisenziya xalı qazanmağa çalışır. Burda zəif ölkə yoxdur. Belə baxanda Pakistan karatedə zəifdir. Mənimlə İslamiadada finalda qarşılaşmış həmin pakistanlıya ilk hissədə 0:2 uduzurdum. Sonuncu dünya çempionatından 2-3 ay keçdiyindən, özümü toparlaya bilməmişdim. Sonradan ondan yeddi xal alıb qalib gəldim.

- Finaladək sarğı ilə döyüşdünüz. Həlledici görüşdə sizi sarğısız gördük. İki günə sağaldı yaranız?

- Yox. Əslində mən elə finalda sarğı ilə çıxış etməli idim. Çünki zərbə dəysəydi, tikişlər cırılacaqdı. Saqqallıyam deyə, leykoplastırla bağlanan sarğı məşq zamanı yerə düşdü. Daha sonra tikiş olan yerə yapışqan vurdular. Heç bilmirdim ki, insana yapışqan da vurarlar (gülür). İnşallah, beş gündən sonra sapları sökəcəyəm.

- Ötən il Ken Nishimuraya uduzmağınızın səbəbi özünüzün son saniyələrdə yol verdiyiniz ehtiyatsızlıq olmuşdu. Bunu özünüz də etiraf etmişdiniz. Budəfəki məğlubiyyəti isə hakimliklə bağlamaq olarmı?

- İnsan və idmançı kimi həmişə düzünü deyən olmuşam. Deyim ki, bu yapon idmançı zəifdir, yox, belə deyil. Həqiqətən də o güclü idmançıdır. O və italyan karateçi bu çəkidə mənə ən çox çətinlik yaradan idmançılardır. Mən düşünürəm ki, Olimpiadanın yarımfinalında mən bu ikisindən biri ilə qarşılaşacağam. Yaponun məndən güclü olduğunu da qəbul etmirəm. Çünki mənim qalib gəldiklərimə o uduzur.

Siz mənim videoma da baxdınız. Bu idmanı dərindən bilməyən biri mənə vurulan zərbənin xal olduğunu desə, mən karateni bu dəqiqə ataram. Amma mənim üç xallıq zərbəm qeydə alınmır. Hakimlər elə etdilər ki, çempion olmayım.

- Rəqibin karatenin vətəni olan Yaponiyadan olması bu haqsızlığa səbəb ola bilərmi?

- Ola bilər. Bundan başqa, hakimlərin beşi mənim qələbəmi istəyirsə, 15-i bunu istəmir. Bunun sübutu da var. Mən bu karateyə gözəllik gətirmişəm. Mənim yaxşı yerinə yetirdiyim fəndləri ləğv edirlər, heç nədən mənə cərimə verirlər. Bir cərimə etmişəmsə, üç cərimə xalı verirlər. Onlar məni mənəvi cəhətdən sındırmaq istəyir. Allaha qurban olum, o mənə həmişə kömək olur.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Azərbaycanlılarla çeçenlər arasında Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO Hadisə / Video Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Hadisə / Video Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Əsas Xəbər / Hadisə Azərbaycanlı müğənninin anasının yasına gedənlər: Azərbaycanlı müğənninin anasının yasına gedənlər: "Yeməyə heç nə vermədilər, ac qaldıq..." - VİDEO Şou-biznes / Video "Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU Şou-biznes "Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb Hadisə / Video Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Hadisə / Video Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Həyat tərzi Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Hadisə "Gəncə Cake House"da iyrənc MƏNZƏRƏ - VİDEO Video / Sosial İlqarə Kazımova onunla sevgilidir - EKSKLÜZİV (FOTOLAR) İlqarə Kazımova onunla sevgilidir - EKSKLÜZİV (FOTOLAR) Şou-biznes Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO) Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO) Hadisə / Video Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Sosial 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) Hadisə / Video Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Əsas Xəbər / İqtisadiyyat Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq" Şou-biznes Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Həyat tərzi / Video ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” Sosial Avtoqəzada ölən müğənninin dəfnində ürək sızladan görüntülər - VİDEO Avtoqəzada ölən müğənninin dəfnində ürək sızladan görüntülər - VİDEO Şou-biznes / Video Direktor bu uşağı 153 saylı məktəbdən qovdu – QƏRİBƏ SƏBƏB – VİDEO Direktor bu uşağı 153 saylı məktəbdən qovdu – QƏRİBƏ SƏBƏB – VİDEO Təhsil / Video
Son əlavəПоследние публикации
Azərbaycanda qızıl və gümüş bahalaşıb
18 fevral 2019

Azərbaycanda qızıl və gümüş bahalaşıb

21 İqtisadiyyat
Azərbaycan iqtisadiyyatı 3%-ə yaxın böyüyüb
18 fevral 2019

Azərbaycan iqtisadiyyatı 3%-ə yaxın böyüyüb

24 İqtisadiyyat
Manatın məzənnəsi açıqlanıb
18 fevral 2019

Manatın məzənnəsi açıqlanıb

138 İqtisadiyyat
Sumqayıta 3 milyon manat ayrılıb
18 fevral 2019

Sumqayıta 3 milyon manat ayrılıb

116 Siyasət
Azərbaycanda pensiyalar yenidən artacaq
18 fevral 2019

Azərbaycanda pensiyalar yenidən artacaq

797 Əsas Xəbər / Sosial
Rafet El Romandan botoks iddialarına CAVAB
18 fevral 2019

Rafet El Romandan botoks iddialarına CAVAB

538 Şou-biznes