SİZİN REKLAM BURADA!
055 213 76 73



Futbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.

BAKU.WS-in məlumatına görə, evdə keçirdiyi 1/4 final mərhələsinin ilk oyununda "Keşlə"yə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" komandası cavab qarşılaşmasında lazımı nəticəni təmin edib. 

"ASK Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb. "Keşlə"nin forvardı Amil Yunanov 29-cu dəqiqədə baxımlı qola imza atıb. Qonaqlar fasilədən sonra - 50-ci dəqiqədə Miçel Madeyranın dəqiq zərbəsi ilə tarazılığı bərpa ediblər. Bu, oyunda vurulan son qol olub - 1:1. Matçın 90-cı dəqiqəsində "Qarabağ"ın mərkəz müdafiəçisi Yakub Jezniçak ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub.

Beləliklə, "Qarabağ" yarımfinalda "Qəbələ", "Zirə" isə "Sumqayıt"la qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları gələn il aprelin 23-də, cavab matçları isə mayın 1-də olacaq.

BAKU.WS