VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının əsas mərhələsindəki rəqibi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, millimiz 3-cü qrupda mübarizə aparacaq.

Rəqiblər Slovakiya, ilkin mərhələnin Hollandiya, Monteneqro, Bolqarıstan və Estoniyadan ibarət G qrupunun ikinci yer sahibi, eləcə də Finlandiya, Moldova, Uels və Şimali İrlandiyadan ibarət H qrupunun qalibi olacaq.

Oyunlar 2019-cu il 22 - 27 oktyabrda Bakıda keçiriləcək. Əsas mərhələdən elit raunda hər qrupdan 2 ən yüksək nəticə qazanmış komanda vəsiqə qazanacaq.

BAKU.WS