VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədovu Belarusun paytaxtı Minskdəki beynəlxalq döyüş gecəsində qalib gəlməsi münasibətilə təbrik edib.


BAKU.WS-in "Report"a istinadən məlumatına görə, R. Kadırov Z.Səmədov və "Axmat" klubunun digər üzvlərinin gözəl və inamlı qələbələr qazandıqlarını bildirib.

O, qələbələrə sevindiyini vurğulayaraq, azarkeşlərin də məmnun olduqlarına əminlik ifadə edib:

"Zabit Səmədova və Çeçenistan Respublikası Kikboksinq Federasiyasının prezidenti Məhəmməd-Əmi Əhmədova yüksək səviyyəli təşkilatçılığa görə təşəkkürümü bildirir, bütün qalibləri gözəl nəticələri münasibətilə təbrik edirəm. Hamınıza uğurlarınızın davamını arzulayıram".

Qeyd edək ki, Zabit Səmədov Minskdə "Axmat" klubunun təşkil etdiyi döyüş gecəsində rusiyalı Yevgeni Orlova üçüncü raundda nokautla qalib gəlib. 

BAKU.WS