VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb.

“Report” xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərinin təmsil olunduğu yarışda 28 komandanın 138 boksçusu qüvvəsini sınayıb. Altı gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici döyüşlərdə qalib gələn Yadigar Əliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rövşən Yaqubzadə (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çempion tituluna sahib olublar. Elnur Süleymanov birinciliyin ən texnikalı, onun finalda məğlub etdiyi Nicat Həsənov isə ən əzmkar boksçusu adına da layiq görülüblər.

Turnirin komanda hesabında “Qəbələ” İK birinci yeri tutub. İkinci pilləyə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti yiyələndiyi halda, “üçlüy”ü “Sədərək” İK qapayıb.

Çempionatda Elxan Quliyev ən yaxşı hakim, Firuz Novruzov (“Sədərək” İK) isə ən yaxşı məşqçi seçiliblər.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatı

VI günün nəticələri

49 kq: Yadigar Əliyev (DİN İC) – Elvin Zamanov (“Sədərək” İK) – 5:0

52 kq: Məsud Yusifzadə (DİN İC) – Qoşqar Səfərli (DİN İC) – 4:1

56 kq: Tayfur Əliyev (MOİK) – Ümid Rüstəmov (DİN İC) – 5:0

60 kq: Cavid Çələbiyev (“Qəbələ” İK) – Sərxan Əliyev (“Sədərək” İK) – 5:0

64 kq: Elvin İsayev (“Gömrükçü” İK) – Bəxtiyar Qazıbəyov (BFL) – 5:0

69 kq: Elnur Süleymanov (“Sədərək” İK) – Nicat Həsənov (“Qızıl əlcək” İK) – 5:0

75 kq: Kamran Şahsuvarlı (“Qəbələ” İK, DİN İC) – Ramal Aslanov (“Sədərək” İK) – 5:0

81 kq: Rauf Rəhimov (“Neftçi” İK) – Pedro Alfonso (“Qəbələ” İK) – 4:0

91 kq: Rahil Məmmədli (“Qəbələ” İK) – Rövşən Yaqubzadə (“Qəbələ” İK) – birinci döyüşə gəlməyib

+91 kq: Sadiq Səmədov (DİN İC) – Məhəmməd Abdullayev (BFL) – birinci döyüşə gəlməyib

Bütün mükafatçılar

49 kq

1. Yadigar Əliyev (DİN İC)

2. Elvin Zamanov (“Sədərək” İK)

52 kq

1. Məsud Yusifzadə (DİN İC)

2. Qoşqar Səfərli (DİN İC)

3. Mirmehdi Mehdizadə (“Neftçi” İK)

3. Araz İmaməliyev (“Gömrükçü” İK)

56 kq

1. Tayfur Əliyev (MOİK)

2. Ümid Rüstəmov (DİN İC)

3. Əflatun Babayev (DİN İC)

3. Əbdürrəhman Şirinov (BFL)

60 kq

1. Cavid Çələbiyev (“Qəbələ” İK)

2. Sərxan Əliyev (“Sədərək” İK)

3. Nəbi İsgəndərov (DİN İC)

3. Ruslan Rüstəmov (BFL)

64 kq

1. Elvin İsayev (“Gömrükçü” İK)

2. Bəxtiyar Qazıbəyov (BFL)

3. Hacımurad Qomarov (Balakən)

3. Elnur Əliyev (DİN İC)

69 kq

1. Elnur Süleymanov (“Sədərək” İK)

2. Nicat Həsənov (“Qızıl əlcək” İK)

3. Lorenzo Sotomayor (“Qəbələ” İK)

3. Hidayət Musayev (BFL)

75 kq

1. Kamran Şahsuvarlı (“Qəbələ” İK, DİN İC)

2. Ramal Aslanov (“Sədərək” İK)

3. Rasim Çobanlı (BFL)

3. Məhəmməd Hacıyev (BFL)

81 kq

1. Rauf Rəhimov (“Neftçi” İK)

2. Pedro Alfonso (“Qəbələ” İK)

3. Eldar Quliyev (“Sədərək” İK)

3. Cəbrayıl Yelekov (“Orion” İK)

91 kq

1. Rövşən Yaqubzadə (“Qəbələ” İK)

2. Rahil Məmmədli (“Qəbələ” İK)

3. Sürət Qarayev (“Gömrükçü” İK)

3. İsmayıl Yaqubov (DİN İC)

+91 kq

1. Məhəmməd Abdullayev (BFL)

2. Sadiq Səmədov (DİN İC)

3. Asif Aslanlı (“Qəbələ” İK)

3. Mətin Mirəliyev (“Neftçi” İK)

BAKU.WS