» » Boks Olimpiya Oyunlarının proqramından çıxarıla bilər


30-11-2018 | 22:41

  • 222

Boks Olimpiya Oyunlarının proqramından çıxarıla bilər


Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin Tokioda keçirilən iclasında bildirilib ki, Beynəlxalq Boks Federasiyasının (AIBA) qarşısına qoyulan tələblər yerinə yetirilmədiyi təqdirdə bu idman növü 2020-ci il Olimpiya Oyunlarının proqramından çıxarıla bilər.

TASS xəbər verir ki, bu gün keçirilən iclasda qarşıdakı Olimpiya Oyunlarında boks idman növünün statusu müzakirə olunub. BOK uzun müddətdir ki, AIBA qarşısında federasiyanın rəhbərliyində baş vermiş dəyişiklikdən sonra Olimpiya hərəkatına kölgə salan gizli məqamların aradan qaldırılmasına zəmanət verən bir sıra tələblərə riayət edilməsi şərtləri qoyub.

AIBA, öz növbəsində, inandırıcı sübutlar təqdim etməyib və bu səbəbdən BOK 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi planını təxirə salıb. Federasiyanın idarəetmə və maliyyə məsələləri üzrə hesabatları BOK-u qane etməyib. Bununla yanaşı, hakimlik və antidopinq sahəsində AIBA-da tərəqqi olduğu BOK tərəfindən etiraf edilib.

BOK federasiyanın maliyyələşdirilməsi, bilet satışı, təsnifat sisteminin təsdiqi və tətbiqi, test tədbirləri və yarışların yekun qrafikinin hazırlanması üzrə prosesləri dayandırıb. AIBA-ya Olimpiya obyektləri, rəmzləri və reklam materiallarından istifadə etmək də qadağan olunub.

Bütün bu qalmaqalda AIBA-nın noyabr ayında keçirilən Moskva konqresində seçilmiş yeni prezidenti Qafur Rəhimovun xüsusi rolunun olduğu bildirilir. Belə ki, BOK seçkidən əvvəl kriminal aləmlə əlaqəsi olduğu ehtimal edilən və ABŞ-ın maliyyə sanksiyalarına məruz qalmış bu şəxsə namizədliyini geri götürməyi tövsiyə edib.

Federasiyanın baş katibi Umar Kremlev TASS agentliyinə müsahibəsində bildirib ki, boks idman növünün Olimpiya Oyunları proqramında qalması şansı mövcuddur. Onun sözlərinə görə, hazırda federasiyanın maliyyə vəziyyəti sabitdir və bir çox problemlər öz həllini tapıb. “Bundan başqa, boks üçün təhlükə olduğu halda AIBA prezidenti Qafur Rəhimov istefaya getməyə hazırdır. O, daha əvvəl bunu bəyan edib”, -deyə Kremlev vurğulayıb.

Bu məsələ BOK İcraiyyə Komitəsinin mart ayında keçiriləcək iclasında da müzakirəyə çıxarılacaq. Lakin indidən aydındır ki, yekun qərar BOK-un 2019-cu ildə İsveçrənin Lozanna şəhərində keçiriləcək sessiyasında qəbul olunacaq. Bu sessiya Olimpiya Oyunlarına 14 ay qalmış baş tutacaq.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) Əsas Xəbər / Kriminal Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO Hadisə SON DƏQİQƏ - Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu SON DƏQİQƏ - Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu Kriminal 2019-cu ildə sizi nələr gözləyir? – Bürc və illərə görə proqnozlar 2019-cu ildə sizi nələr gözləyir? – Bürc və illərə görə proqnozlar Həyat tərzi Əsgərlikdə olan Heydər Əliyev babasının məzarını ziyarət etdi – VİDEO Əsgərlikdə olan Heydər Əliyev babasının məzarını ziyarət etdi – VİDEO Əsas Xəbər / Video / Siyasət Nazpəri-Elza qalmaqalı böyüdü: “Bilirəm, səni hansı məmur saxlayır” - VİDEO Nazpəri-Elza qalmaqalı böyüdü: “Bilirəm, səni hansı məmur saxlayır” - VİDEO Şou-biznes / Video Azərbaycanlı qız təhqir olunduğu üçün bu VİDEOsunu sildi - açıq-saçıq kadrlar Azərbaycanlı qız təhqir olunduğu üçün bu VİDEOsunu sildi - açıq-saçıq kadrlar Şou-biznes / Video Aktrisa Sevinc Əliyeva: Aktrisa Sevinc Əliyeva: "O, məni ağlamaq situasiyasına çatdırıb" (VİDEO) Şou-biznes / Video “Buta Palace”-ın art direktorunun 5-ci mərtəbədən atdığı arvadının TƏSİRLİ EŞQ ETİRAFI - VİDEO “Buta Palace”-ın art direktorunun 5-ci mərtəbədən atdığı arvadının TƏSİRLİ EŞQ ETİRAFI - VİDEO Hadisə / Video Bakıya gələn ər-arvadın aeroportdan Bakıya gələn ər-arvadın aeroportdan "iPhone" keçirmək üçün ağlagəlməz əməli - VİDEO Hadisə SON DƏQİQƏ! Bakının SON DƏQİQƏ! Bakının "Moskva" univermağında yanğın (VİDEO) Əsas Xəbər / Hadisə / Video Azərbaycanda ŞOK – Qardaşının arvadına sataşan şəxsi soyundurub alçaltdılar – VİDEO Azərbaycanda ŞOK – Qardaşının arvadına sataşan şəxsi soyundurub alçaltdılar – VİDEO Əsas Xəbər / Hadisə / Video “Rossiya 24” kanalının müxbiri İlham Əliyevi təəccübləndirdi (VİDEO) “Rossiya 24” kanalının müxbiri İlham Əliyevi təəccübləndirdi (VİDEO) Əsas Xəbər / Video / Siyasət Şagirdi ilə ailə quran jurnalist Əlibəylini ÖZÜNDƏN ÇIXARDI: Şagirdi ilə ailə quran jurnalist Əlibəylini ÖZÜNDƏN ÇIXARDI: "Bu tipi kim gətirib bura?!" (VİDEO) Şou-biznes / Video Azərbaycanda iyrənc hadisə - Ata 9 yaşlı qızını zorladı Azərbaycanda iyrənc hadisə - Ata 9 yaşlı qızını zorladı Hadisə Şeyx Həmzətin adamları Kadırovu təhqir edən şəxsi belə cəzalandırırlar - VİDEO Şeyx Həmzətin adamları Kadırovu təhqir edən şəxsi belə cəzalandırırlar - VİDEO Dünya / Video Prezident onlara “Xalq artisti” adı verdi - SİYAHI Prezident onlara “Xalq artisti” adı verdi - SİYAHI Siyasət İmanov “Bu şəhərdə”ni tənqid etdi - “İti satiraları yoxdur” (VİDEO) İmanov “Bu şəhərdə”ni tənqid etdi - “İti satiraları yoxdur” (VİDEO) Şou-biznes / Video Azərbaycanda bağça müəlliminin inanılmaz videosu yayıldı - VİDEO Azərbaycanda bağça müəlliminin inanılmaz videosu yayıldı - VİDEO Hadisə / Video Marsda ilk dəfə küləyin səsini eşidin – FOTO, VİDEO Marsda ilk dəfə küləyin səsini eşidin – FOTO, VİDEO Əsas Xəbər / Həyat tərzi / Video
Son əlavəПоследние публикации
Məşhur cütlük boşanır? - FOTOLAR
13 dekabr 2018

Məşhur cütlük boşanır? - FOTOLAR

112 Şou-biznes
Xələf Xələfova yeni vəzifə verildi
13 dekabr 2018

Xələf Xələfova yeni vəzifə verildi

941 Əsas Xəbər / Siyasət
Temur Abazov azadlığa buraxıldı - FOTO
13 dekabr 2018

Temur Abazov azadlığa buraxıldı - FOTO

262 Dünya
Prezident Xələf Xələfovu işdən çıxardı
13 dekabr 2018

Prezident Xələf Xələfovu işdən çıxardı

3 280 Siyasət
13 dekabr 2018

"Prezident olmaq istəmirdim" - Putin

223 Dünya