VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Qələbə bizim üçün vacib idi. Bu münasibətlə futbolçularımı təbrik edirəm. Hər şey istədiyimiz kimi oldu. Azarkeşlərə təşəkkürümü bildirirəm. Çoxdan idi evdə qalib gəlmirdik".

BAKU.WS-in məlumatına görə, bu sözləri UEFA Millətlər Liqası turnirində ötən gün keçirilmiş Azərbaycan – Farer adaları oyunundan sonra Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov deyib. 

Onun sözlərinə görə, rəqib bir qədər fərqli sistemlə oynayıb. Baş məşqçi ikinci hissənin əvvəllərində çətinlik çəkdiklərini etiraf edib:

"Amma sonradan istədiyimizi ala bildik. Qarşıda bizi daha vacib oyun gözləyir. Kosovoda qələbə qazanmalıyıq. Həmin oyunda futbolçular güclərini sərf edəcəklər ki, istəyimizi reallaşdıraq. Kosovonun oyununa bələdik. Ancaq bu gün Maltaya qarşı keçirdikləri oyunu da təhlil edəcəyik.

Meydana ən münasib heyəti buraxacağıq. Kamran Ağayevlə Pavel Paşayevin oynaya bilib-bilməyəcəyini indidən deyə bilməyəcəm. Bəzi futbolçuların da mikrozədələri var. İstənilən halda, qrupdakı son matçıımızda xarakter göstərib, qələbə qazanmağa çalışacağıq".

BAKU.WS