VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"İlk dəfə olaraq, WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunur. Bu, bizim üçün çox önəmli hadisədir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclasında iştirak edən gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, bu cür mötəbər tədbirin Bakıda baş tutması WADA-nın qısa müddətdə anti-dopinq sahəsində Azərbaycanda görülən işlərdən razı qalmasının göstəricisidir: "Ona görə də ölkəyə bu cür yüksək etimad göstərilib. İdman ictimaiyyətinin tanınmış simaları Bakıda səfərdədirlər. İnanırıq ki, burada qaldırılacaq məsələlər gələcək üçün çox vacib olacaq. Bildiyiniz kimi, idmançılarla bağlı böyük mübahisələr baş verir. Bizim əsas məqsədimiz təmiz idman, ədalətli oyunlardır. Ona görə də konfransın bu işlərdə rolunun çox böyük olacağını düşünürük".

Qeyd edək ki, clas bu gün öz işini yekunlaşdıracaq. Saat 15:30-da isə WADA-nın prezidenti Kreyq Ridinin mətbuat konfransı olacaq.

BAKU.WS